Sosial iqtisadiyyat

Prezidentin köməkçisi karantin rejiminin yenidən sərtləşdiriləcəyi iddialarına münasibət bildirib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Şahmar Mövsümov açıqlamasında bildirib ki, bununla bağlı hər hansı bir məlumat yoxdur.

“Əgər elə bir məlumat olarsa onunla bağlı ictimaiyyətə məlumat veriləcək”, – Prezidentin köməkçisi bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)