Sənaye

Azərbaycan xaricdən şokolad alışını artırıb: təkcə Rusiyadan 31 milyon dollarlıq mal alınıb

Azərbaycan 2020-ci ildə 72 milyon 875.540 min dollar dəyərində 26 min 23 ton şokolad idxal edib. Bu, 2019-cu illə müqayisədə kəmiyyət baxımından 7,6%, dəyər ifadəsində isə 2,8% artıb.

Azərbaycana gətirilən şokoladın ən böyük hissəsi Rusiya istehsalıdır. Belə ki, Rusiya Federasiyasından 30 milyon 913.48 min dollar dəyərində 14.217 min ton şokolad alınıb. Ümumilikdə, 2020-ci ildə Azərbaycana idxal olunan şokoladın 54,6% -i Rusiya Federasiyasının payına düşüb.

Bundan sonrakı yeri Ukrayna tutur. 2020-ci il ərzində Ukraynadan 4 milyon 288,92 min dollar dəyərində 2,3 min ton şokolad idxal edilib.  

Eyni zamanda, Azərbaycan 2020-ci ildə 3 milyon 900,92 min dollar dəyərində 1.835 ton şokolad ixrac edib. Dəyər baxımından bu 26%, kəmiyyət baxımından 57.2% azalma deməkdir. Eyni zamanda, Rusiyaya ixrac 1 milyon 161.68 min dollar olub ki, bu 60.2% azalma deməkdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)