Sənaye

Avropa qaz qiymətlərinə İran-İsrail qarşıdırmasının təsiri necədir?

Avropanın ən böyük Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsi olan TTF-də iyul ayı fyuçers müqavilələrində meqavat-saat qazın qiyməti dünən 36,2 avrodan bağlandı və bu gün 37,7 avrodan açıldı.

Günə 4 faiz artımla başlayan qiymətlər hazırda Bakı vaxtilə saat 12:00-a 37,4 avro səviyyəsindədir.

Qlobal enerji təchizatı üçün mühüm əhəmiyyət kəsb edən Yaxın Şərq regionunda artan risk və daha geniş müharibə ehtimalı bazarlarda narahatlıqları artırsa da, Avropada qaz qiymətləri son beş həftədə ən böyük artımı göstərdi.

Mayeləşdirilmiş təbii qaz (LNG) və neft tədarükü üçün kritik tranzit məntəqəsi olan Hörmüz boğazından daşınmaların gərginlik səbəbindən pozula biləcəyi və gəmilərin boğazdan istifadə etməməsi halında daşımaların gecikə biləcəyi ilə bağlı narahatlıqlar var.

LNG tədarükü qitə üçün vacibdir, çünki Rusiya qaz tədarükünün böyük hissəsini itirdikdən sonra Avropada LNG-yə tələbat artıb.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)