BMW yarım milyona yaxın avtomobili geri çağırır
BMW konserni Almaniyada alovlanma təhlükəsi səbəbi ilə üçüncü seriyalı 430 min avtomobili geri çağırır.
Bunu “Focus” onlayn nəşrinin sorğusuna cavab olaraq şirkətdən də təsdiqləyiblər.
Yüksək alovlanma riski 2017-ci ildən bəri bilinir. İstehsal tarixi 2004-cü ilin iyulundan 2012-ci ilin iyun ayına qədər olan avtomobillərdə qısa qapanma, kontaktların əriməsi və ya nadir hallarda alovlanma ola bilir. Özü də bu hallar hərəkətdə olmayan, park edilmiş avtomobillər də yaşana bilir.
Geri çağırılan avtomobillər təmir üçün emalatxanalara göndəriləcək. Geri çağırılma E90-E93 kodlu modellərə aiddir.
Qeyd edək ki, BMW avtokonserni BMW, “Mini” və “Rolls-Royce” markalı avtomobillər, motosikletlər və mühərriklər istehsal edir. Şirkətin baş ofisi Münhen şəhərindədir.