Sağlamlıq

SARS-CoV-2 mutasiyaları virusu 8 dəfə daha yoluxdurucu ediblər

Nyu York Universitetinin alimləri tərəfindən aparılmış təcrübə onu göstərib ki, SARS-CoV-2-nin hal hazırda ən çox yayılmış mutasiyalarından biri virusun Çində aşkar edilmiş ilkin versiyasından daha çox yoluxdurucudur. Bu cür nəticəyə digər tədqiqatçılar da gəliblər. Mutasiyaların COVID-19-un bütün dünyada yayılmasına və bu mutasiyaya yoluxmuş xəstələrin səhhətlərinə necə təsir edəcəkləri bilinmir. SARS-CoV-2-nin D614G adlı mutasiyası virusun hələ bir neçə müddət bundan öncə Afrika, Böyük Britaniya və Braziliyada aşkar edilmiş versiyalarından biridir. Lakin virusun bu versiyaları daha təhlükəli hesab edilirlər.

Yeni tədqiqatlar isə onu göstərib ki, D614G adlı mutasiya insan hüceyrələrini daha sürətlə yoluxdurur və aktiv şəkildə yayılır.

    Bu barədə məlumat Nyu York Universitetinin rəsmi saytında qeyd edilib. İlk dəfə D614G mutasiyası 2020-ci ilin əvvəlində aşkar edilmişdi. Bütün bu müddət ərzində sözügedən mutasiya ABŞ-da və digər ölkələrdə ən çox yayılan virus versiyası olub. Bu mutasiyanın virusun yoluxdurucu və ölümcül özəlliklərinə necə təsir etdiyini yoxlamaq üçün alimlər D614G-ni ilkin SARS-CoV-2 ilə müqayisə etməyi qərarlaşdırıblar. Təcrübələr ağciyərqaraciyər və yoğun bağırsaq hüceyrələrində aparılıb. Təcrübə çərçivəsində virusun hər iki variantı bu hüceyrələrə yeridilib və onların yoluxdurma sürətləri müşahidə edilib.

Nəticədə məlum olub ki, D614G mutasiyası SARS-CoV-2-ni ilkin versiya ilə müqayisədə 8 dəfə daha yoluxdurucu edib.

    Bundan əlavə olaraq mutasiya virusu daha dözümlü edib. Daha əvvəl digər amerikalı alimlər də bu cür nəticələrə gəlib çıxmışdılar. Lakin sözügedən mutasiyanın virusun insandan-insana keçidini sürətləndirib-sürətləndirmədiyi və xəstəliyi daha da ağırlaşdırıb-ağırlaşdırmadığı bilinmir. Əldə edilmiş yeni məlumatlar həmçinin COVID-19-a qarşı vaksinin hazırlanması ilə məşğul olanlar üçün də çox vacibdir. Hal hazırda alimlər eyni üsul ilə SARS-CoV-2-nin digər variantlarını da araşdırırlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)