BİZNES

Ankarada Türkiyə-Azərbaycan İşgüzar Forumu keçirilir

Azərabcanın rəsmi nümayəndələri Türkiyənin Ankara şəhərində keçirilən İşgüzar Foruma qatılıblar.

ENA.az-ın məlumatına görə, Türkiyə-Azərbaycan İşgüzar Forumunda 150 özəl sektor nümayəndəsi qatılıb.

Azərbaycan tərəfindən isə forumda Baş nazir Əli Əsədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və digər rəsmi şəxslər iştirak edir.

Qeyd edək ki, Türkiyə mətbuatının məlumatına əsasən, ölkələr arasında dövlət və özəl sektorda ümumilikdə 100 milyon dollardan çox ticarət sazişlərinin imzalanması gözlənilir

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)