Axtar

Azərbaycanda yol qəzalarında qarşı tərəfə ən çox zərər "Lada"larla vurulur

2020-ci ildə Azərbaycanda sığortalı avtomobillər arasında yol qəzalarında ən çox zərər çəkmiş nəqliyyat vasitələri "Mercedes" markalı maşınlar olub.

ENA.az bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, yerli sığorta şirkətlərinə "Mercedes"lərin zərər çəkməsi ilə bağlı 2 187 müraciət daxil olub. Növbəti yerlərdə “Lada” (1 604), “Hyundai” (860), “Toyota” (860), “Opel” (609), “Kia” (474), “Nissan” (383), “BMW” (313), “Ford” (248), “Chevrolet” (257) markalı avtomobillər qərarlaşıb.

Yol-nəqliyyat vasitələrində qarşı tərəfə ən çox zərər isə "Lada" markalı nəqliyyat vasitələri ilə vurulub. Onlarla bağlı sığorta şirkətləri 3 829 hal qeydə alıb. Növbəti yerlərdə “Mercedes-Benz” (3 771), “Hyundai” (1 494), “Opel” (932), “Toyota” (901), “Ford” (805), “Kia” (706), “Daewoo” (537), “BMW” (520) və “Nissan” (485) markalı maşınlar qərarlaşıb.

Ötən il təqsirkar sürücülərin 96%-i kişilər, 4% isə qadınlar olub.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33