Rusiyada uçot dərəcəsi artırılıb
Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 7,5%-dən 7,75%-ə çatdırıb.
Bu barədə Rusiya mətbuatına istinadən xəbər verilir.
Faiz artımı qısamüddətli dövrdə ölkədə inflyasiya risklərinin azaldılmasına yönəlib. Tənzimləyici qurum gələcəkdə uçot dərəcəsinin artırılmasının məqsədə uyğunluğunu qiymətləndirəcək.