Banklara satılan dolların həcmi azalır: hərrac keçirildi
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 55 milyon dollar satıb.
Fevralın 11-də keçirilən hərracda isə banklar 56,1 milyon dollar məbləğində xarici valyuta almışdılar.
“Hərracda tələb 55 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.
Qeyd edək ki, AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.