Sağlamlıq

TƏBİB: Vaksinin insanda yaratdığı immunitet müddəti minimum 1 ildir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa qarşı vaksinin effektivliyi və insanda yaratdığı immunitetin müddəti ilə bağlı açıqlama verib.

ENA.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, Türkiyədə aparılan tədqiqatların nəticəsinə görə, vaksinin effektivliyi 92 faizdir.

"İnsanda yaratdığı immunitetin müddəti minimum 1 il, maksimum müddət isə hələ rəsmi təsdiqlənməyib", məlumatda qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department