Sosial iqtisadiyyat

Sahibkarları cərimələrin silinməsi üçün hökumətə müraciət ediblər

Pandemiya dövründə qəbul edilən qaydaların icrası praktiki olmadığından müəssisələrə külli miqdarda cərimələr yazılıb.

Bunu “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda çıxış edən Qida və içki sənayeçilər assosiasiyasının sədri Emin Dostiyari deyib.

Onun sözlərinə görə, bu cərimələrin silinməsi üçün sahibkarlar tərəfindən İqtisadiyyat Nazirliyinə müraciət olunub.

Assosiasiyasının sədri həmçinin paytaxtda fəaliyyət göstərən ictimai iaşə obyektlərinə tətbiq olunan vergi güzəştlərinin cari ilin sonunadək davam etdirilməsi ilə bağlı nazirliyə sahibkarlar adından müraciəti ünvanlayıb: “Bakıda illik 100 min manat dövriyyəsi olan ictimai iaşə obyektlərində sadələşdirilmiş vergi faizi 8% təşkil edirsə, bu faiz müvəqqəti olsa da 4%-də endirilib. Sahibkarlar bu faiz dərəcəsinin mövcud şərait səbəbindən 2021-ci ildə də qalmasını rica ediblər. Bu, onların normal “ayaqda qalmaları” üçün olduqca önəmlidir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)