Prezident səfirləri geri çağırdı
Prezident İlham Əliyev Azərbaycanın Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Murad Nizami oğlu Nəcəfbəylinin vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
“ENA” xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.