Bank

Depozit portfeli ən çox kiçilən banklar hansılardır?: 26 Bankın RENKİNQİ  

2020-ci ildə Azərbaycanda 26 bankdan  15-nin depozit portfeli kiçilib. İlin yükunlarına görə, ümumilikdə banklarda depozit portfeli 2,5% azalaraq 21 milyard 326.7 milyon manatdan 20 milyard 722.9 milyon manata düşüb. Ən çox azalma hüquqi şəxslərin hesablarında, qismən isə əhalinin əmanətlərində qeydə alınıb.

ENA.az xəbər verir ki, ötən il 13 bankın depozit portfeli artıb. Depozitlərin həcminə görə ilk üçlükdə yer alan Azərbaycan Beynəlxalq Bankı, PAŞA Bank və Kapital Bankın depozitlərinin cəmi 13 milyard 369,957 milyon manatdır. Bu isə o deməkdir ki, depozit pullarının 64,5%-i bu üç bankın əlində cəmləşib. Yerdə qalan 23 bank isə cəmi 7 milyard manat həcmində depoziti öz aralarında bölüşür.

Beləliklə, depozit portfelinin həcminə görə TOP-5 bankların renkinq sıralaması belədir: Azərbaycan Beynəlxalq Bankı, Paşa Bank, Kapital Bank, Xalq Bank, Bank Respublika ASC-lər. Bu beş bankın depozit portfelinin ümumi həcmi 15 milyard 650,075 milyon manat təşkil edir. Beşlik depozitlərin 75,5%-ni əhatə edir.  

Azərbaycan bankları arasında depozit portfelini ən çox artıramağa nail olan Ziraat Bank Azərbaycandır. Bu bankın illik artım dinamikası 77,3% təşkil edir. Ən çox depozit portfeli əriyən bank isə AzFinance Bank ASC-dir. Müştəriləri bu bankdan pullarının 70,9%-ni geri çəkiblər.

Azərbaycanda fəaliyyət göstərən 26 bankın depozit üzrə renkinqi

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)