Avtomobil

Apple Hyundai və Kia ilə Apple Car danışıqlarını dayandırıb

“Apple” Cənubi Koreyanın Hyundai və Kia avtomobil istehsalçıları ilə elektrikli avtomobil istehsalı ilə bağlı danışıqları dayandırıb.

ENA.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb gizlilik anlaşmasının pozulmasıdır.

Məlumatda bu danışıqların sonradan davam edib etməyəcəyi ilə bağlı bir detal yoxdur.

Qeyd edək ki, daha əvvəl mediada “Apple”ın elektrikli avtomobil istehsalı üçün “Kia”ya 3.6 milyard dollar sərmayə yatıracağı bildirilmişdi. Hətta “Apple Car”ın 2024-cü ildən etibarən West Point (Georgia) Kia zavodunda istehsal ediləcəyi bildirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)