"Bizdə deyirlər ki, maya dəyərini tam ödəmək üçün gərək 2 manat olsun"
Türkiyədə su və kanalizasiya xidmətləri tam bələdiyyələrin səlahiyyət dairəsinə aiddir. Su tariflərini də insanların mandat verib seçdiyi yerli vəkillərdən ibarət məclislər (yerli parlamentlər) müəyyən edir. Yəni tariflərin formalaşması tam şəffaf, açıq müzakirələr nəticəsində baş verir.
Demək ki, suyun tarif siyasəti belə növbəti seçkilərdə yenidən namizəd olmuş şəxslərin, partiyaların belə yerli seçkilərdə taleyini həll edir.
İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, Ankaranın hazırkı bələdiyyə başqanın seçkilərdə əsas vədlərindən biri məhz baha suyu ucuzlaşdırmaq və yoxsul ailələrə güzəştli su tarifi tətbiq etmək idi.
"Fikrimcə çox yaxşı və insanların razı qala biləcəyi pilləli tarif sistemi hazırda Məclisin müzakirəsindədir. Təklif olunur ki, sosial yardım alan ailələr hər kub üçün 1 TL (0.22 manat) olsun. 15 kuba qədər işlədənlər üçün 7.5 TL, 15 kubdan artıq işlədənlər üçün 9 TL.
Bir müqayisə deyim: hazırda Türkiyədə net minimum maaş 2825 TL-dir. Yəni 7.5 TL tariflər istehlak edənlər minimum maaşla çalışırsa, onların məvacibi 390 kuba yaxın suyun ekvivalentidir. Bizdə isə hazırda bu göstərici 250 kuba bərabərdir".
Ankara şəhər bələdiyyəsi onun su təsərrüfına bağlı ətraf kəndlər üçün təsdiqlənmiş tarifin 20%-ni tətbiq edir.
Bina və həyət evləri üçün də fərqli tariflər tətbiq olunur.
Hələ nəzərə alın ki, Ankara bələdiyyəsinin su təsərrüfatı öz ayaqları üzərində qurub, 1 dollarlıq tarif onları qane edir. Güzəştli kateqoriyanı nəzərə alanda orta tarif 1 dollardan da aşağı düşür. Amma bizdə deyirlər ki, maya dəyərini tam ödəmək üçün gərək 2 manat (1.2 dollar) olsun. Hazırkı 0.6 dollarlıq tarif isə bütün xərclərinin bəlkə də 70% ilə dövlət büdcəsinin çiynində oturmuş şirkətindir.