Azərbaycanda 4 bank qazancın 95.4%-nə sahibdir - Mənfəət/Zərər RENKİNQİ
2020-ci il bank sektorunun dayanıqlığını qorumaq mümkün olsa da vəziyyətin pisləşməsi müşahidə edilir. Biznesdəki çətinliklər banklara da təsir etdiyindən ilk növbədə əməliyyatların sayı azalıb. Nəticədə bankların mənfəətləri bir neçə dəfə kiçildi.
ENA.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 23-ü mənfəət, 3-ü isə zərər açıqlayıb. Zərər açıqlayan bankların sayı ötən illə müqayisədə azalsa da, bankların əksəriyyətinin mənfəəti düşüb.
Renkinqə əsasən, Azərbaycanda bu il yalnız 3 bankın mənfəəti 2019-cu ilə nisbətən artıb. Artımda rekord göstərici +2,25 dəfə əmsalı ilə Kapital Bank ASC-yə məxsusdur. Ümumilikdə bank sektoru 2020-ci ildə 567.8 milyon manat xalis mənfəət əldə edib. Bunun 542.1 min milyon manatı 4 böyük bankın - "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank" və "Xalq Bank" ASC-lərin payına düşüb. Qalan 22 bank isə 26 milyon manatı bölüşdürüb. Bu isə o deməkdir ki, mənfəətin 95,4%-i 4 banka məxsusdur.
2020-ci ildə qazancı ən çox azalan bankların sırasına - Bank Melli İran Bakı filialı (-21 dəfə), Rabitəbank –(5,5 dəfə), Unibank ( -2.17 dəfə), Azərbaycan Beynəlxalq Bankı (2,3 dəfə) və Yelo Bankda qeydə alınıb. Ümumilikdə Azərbaycanın 3 bankı zərər açıqlayıb.
Sırası |
Bankın adı |
Mənfəət/Zərəri, min manatla |
1 illik tendensiya artım +, azalma - |
1 |
Kapital Bank ASC |
302 698 |
+2,25 dəfə |
2 |
Azərbaycan Beynəlxalq Bankı ASC |
129 391 |
- 2,3 dəfə |
3 |
Paşa Bank ASC |
84 252 |
+30% |
4 |
Xalq Bank ASC |
25 775 |
-22,9% |
5 |
Bank of Baku ASC |
12 673 |
-48,4% |
6 |
Unibank ASC |
11 021 |
-2.17 dəfə |
7 |
NaxçıvanBank ASC |
7 323 |
+ 41,4% |
8 |
Expressbank ASC |
6 829 |
-2,8 dəfə |
9 |
Bank Respublika ASC |
6 020 |
|
10 |
AzFinance Bank ASC |
5 389 |
-13,7% |
11 |
Azərbaycan Sənaye Bankı ASC |
5 184 |
-32,6% |
12 |
Premium Bank ASC |
3 964 |
-2,2 dəfə |
13 |
VTB -Azərbaycan ASC |
3 086 |
+ 18,8% |
14 |
Accessbank QSC |
2 621 |
(89 704) |
15 |
Rabitəbank ASC |
2 018 |
-5.5 dəfə |
16 |
Ziraat Bank Azərbaycan ASC |
2 111 |
-32,8% |
17 |
Yapı Kredi Bank Azərbaycan ASC |
1 373 |
- 66,5% |
18 |
Bank Avrasiya ASC |
1 226 |
- 77,1% |
19 |
Bank Melli İran Bakı filialı |
784 |
-21 dəfə |
20 |
Muğanbank ASC |
707 |
(8,308) |
21 |
Turanbank ASC |
684 |
+39,1 |
22 |
Azər-Türk Bank ASC |
423 |
- 29,9% |
23 |
Günaybank ASC |
408 |
|
24 |
Pakistan Milli Bankı NBP Bakı filialı |
-212 |
- 47,1% |
25 |
BTB ASC |
-9 130 |
|
26 |
Yelo Bank ASC |
-39 749 |