Birja

Banklara dollar satıldı: hərracın nəticəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 61,8 milyon dollar satıb. Xatırladaq ki, əvvəlki hərracda  banklara 69,8 milyon dollar satıldı. 

“Hərracda tələb 61,8 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-nin məlumatında bildirilib.

Qeyd edək ki, hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir və 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)