Sağlamlıq

COVID-19-a qarşı yeni potensial təsirli vasitə tapıldı

İspaniyanın “PharmaMar” şirkətinin istehsal etdiyi plitidepsin preparatı kliniki tədqiqatlardan əvvəl aparılan araşdırmalarda SARS-CoV-2 ilə mübarizədə effektivlik nümayiş etdirib.

ENA.az xəbər verir ki, bu barədə “RİA Novosti” “Science” elmi jurnalına istinadən məlumat verib.

Məqalədə deyilir ki, əldə olunan nəticələr plitidepsinin COVID-19-un müalicəsi üçün perspektivli namizəd olduğunu göstərir.

Tədqiqatlar həm “in vitro” (şüşənin içində), həm də “in vivo” (heyvanlar üzərində) formasında aparılıb. Preparatdan siçanlar üzərində istifadə ağciyərlərdə virusun çoxalma sürətində azalma olduğunu göstərib. Alimlər COVID-19-un müalicəsi üçün plitidepsindən istifadə ilə bağlı daha ətraflı kliniki tədqiqatlar keçirilməsini tövsiyə ediblər.

Plitidepsin daha öncədən bədxassəli şişlərin müalicəsi üçün hazırlanmışdı. Dərman kliniki sınaqlardan keçib və artıq Avstraliyada çoxlu miyeloma xəstəliyinə qarşı mübarizə üçün təsdiq olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)