Birja

Valyuta hərracında satılan dolların həcmi artdı

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $69,8 milyon satıb.

“Hərracda tələb 69,8 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.

Xatırladaq ki, 21 yanvar 2021-ci il tarixində olan valyuta hərracında tələb 67,4 milyon ABŞ dolları təşkil etmişdi. 

AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb. Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)