Birja

Dövlət istiqrazlarına tələb yenidən yüksəldi – 16 investora 75 mln. manat satıldı

19 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105002882 ISIN-li, 50 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

ENA.az Birjaya istinadən xəbər verir ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 91.3372 (12.0000%) və 100.9237 (6.5000%) olan 29 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.3826  (7.8900%), orta ölçülmüş qiyməti 99.0546 (7.5179%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 172 milyon 651 min 400  manat yerləşdirilmiş həcmi isə 75 milyon manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  17 yanvar 2023-ci  il.

Hərrac iştirakçıları 21 yanvar 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)