YAP-ın gəlir və xərcləri açıqlanıb
Yeni Azərbaycan Partiyasının 2020-ci ilə dair gəlirləri və xərcləri açıqlanıb.
“ENA” xəbər verir ki, bu barədə partiyanın YAP İdarə Heyətinin növbəti iclasında məlumat verilib.
Qeyd olunub ki, 2020-ci ildə YAP-ın gəlirləri 12 288 708 manat olub. Bunun 10 346 294 manatını üzvlük haqları, 1 942 414 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.
YAP-ın hesabına daxil olan maliyyə vəsaitinin 6 969 745 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 452 599 manatı Silahlı Quvvələrin Yardım Fonduna, YAŞAT Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 625 148 manatı Koronavirusla Mübarizəyə Dəstək Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 347 569 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 34 357 manatı ezamiyyə xərclərinə, 302 192 manatı avtonəqliyyat xərclərinə, 242 229 manatı təsərrüfat inventarlarının alınmasına, 162 621 manatı təmir işlərinə, 457 566 manatı kommunal və təsərrüfat xərclərinə, 80 739 manatı bank xidmətinə, 86 610 manatı abunə ilə bağlı ödənişlərə, 57 720 manatı dəftərxana xərclərinə, 144 611 manatı çap işlərinə, 237 592 manatı isə sair xərclərə sərf edilib.