Banklar nə qədər dollar aldı?: hərracın nəticəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 66,4 milyon dollar satıb.
ENA.az xəbər verir ki, “hərracda tələb 66,4 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-nin məlumatında bildirilir.
Xatırladaq ki, bu il yanvarın 14-də hərracda tələb 100,1 mln. dolları, yanvarın 12-də 142,2 milyon dollar, yanvarın 7-də 70,6 mln. dollar, yanvarın 5-də 66,4 mln. dollar təşkil etmişdi.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.
Sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir.