Azərbaycanda mal ətinin qiymətləri ucuzlaşıb
Azərbaycanda rəsmi olaraq mal ətinin qiymətlərinin cüzi ucuzlaşdığı bildirilir.
Sümüklü mal ətinin qiyməti son bir ayda 10.71 manatdan 10.68 manata, sümüksüz mal əti isə 12.52 manatdan 12.50 manata qədər ucuzlaşıb. Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Sümüklü mal ətinin orta qiyməti ölkədə noyabrın 1-nə 10.74 manata qədər yüksəlsə də, 1 ayın sonunda 0.03 manat ucuzlaşmışdır. Dekabrda isə göründüyü kimi daha 0.03 qəpik qiymət itirib.
Sümüksüz mal əti isə son bir ayda 0.02 manat qiymət itirib. Bu məhsulun 1 avqust tarixinə olan qiyməti 12.55 manat idi. Növbəti aylarda isə 0.02-0.03 manat ucuzlaşmışdır. Bir fakt kimi, ötən ilin 1 yanvarında sümüksüz ətin 12.60 manata qədər yüksəlməsini xatırlada bilərik.
Qoyun ətinin qiyməti isə son bir ayda ucuzlaşmadan sonra stabil olaraq 11.92 manatda qalıb. Bu 1 sentyabr tarixində 11.98 manat idi.
Telegram-dan izləyin! https://t.me/s/enaxeber