Sahibkarların bank kartları üzrə xərcləri 50% azaldıldı
Azərbaycanda pandemiya dövründə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və iqtisadi subyektlərin bu xidmətlər üzrə xərclərinin azaldılması ilə bağlı qərar qəbul edildi.
ENA.az xəbər verir ki, bu məqsədilə Azərbaycan Mərkəzi Bankının banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının, habelə sahibkarların ödəniş kartları üzrə ekvayer tariflərinin 50% aşağı salınması qərarı 01 aprel 2021-ci il tarixinədək uzadılmışdır.
Qeyd edək ki, bununla bağlı AMB həftənin çərşənbə günü açıqladığı press-relizdə bildirir.