Azərbaycan COVAX-a 21 milyon dollar ödəyib
“Azərbaycan indiyə kimi Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 Mübarizə Fonduna könüllü maliyyə yardımını (cəmi 10 milyon ABŞ dolları) təmin etmək məqsədilə 2 donor razılaşması imzalamışdır”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
“Bu yaxınlarda biz 21 milyon ABŞ dolları məbləğində töhfə ilə COVAX-a (Vaccines Global Access Facility) qoşulmuşuq. Ümid edirik ki, tezliklə təhlükəsiz və effektiv vaksinlər əldə ediləcək və qlobal səviyyədə əlçatan qiymətlərlə paylaşılması üçün ictimai məhsullar kimi nəzərdən keçiriləcəkdir”, – o bildirib.