Bank

Əhalinin bank əmanətlərinin dollarlaşma səviyyəsi artıb

2020-ci ilin yanvar-noyabr aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 8,4% azalaraq 7 milyard 908,2 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat dövründə əhalinin xarici valyutada olan əmanətləri 7,5% azalıb və 4 milyard 166,1 milyon manat olub.

Nəticədə hazırda xarici valyutada olan əmanətlər bütün portfelin 52,7%-ini tutur. Xatırladaq ki, 2019-cu ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 52,2% təşkil edirdi. 

Yanvar-noyabr aylarında əhalinin milli valyutada olan əmanətlərinin həcmi isə 9,4% azalıb və 3 milyard 742,1 milyon manat təşkil edib.

30 noyabr 2020-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 633,4 milyon manat, qeyri-rezidentlərin – 274,8 milyon manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 7%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 36,7% azalıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)