Siyavuş Novruzov yenə öz gününə ağladı: Ezamiyyə xərcləri artırılsa yaxşı olar

“Milli Məclisin ezamiyyə xərcləri artırılsa daha yaxşı olar”.
Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
“Milli Məclisin büdcəsinin artırılmasının qismən də olsa tərəfdarıyam”, - deputat əlavə edib.
S.Novruzov həmçinin bildirib ki, deputatların stolunun üstündəki monitorlar notebokla əvəzlənsə daha yaxşı olardı.