Prezident sərəncam imzaladı
Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Antidopinq Agentliyi, digər aidiyyəti dövlət orqanları(qurumları) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planı həyata keçirən qurumlar siyahısına əlavə edilib.
ENA.az xəbər verir ki, Prezident İlham Əliyev Dövlət Proqramına bununla bağlı yeni yarımbənd əlavə edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, həmin qurumlar narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə müasir metodiki vasitələrdən istifadə etməklə təbliğat işinin təşkili, bu istiqamətdəmexanizmin təkmilləşdirilməsi, müvafiq qurumlarla əlaqə yaradılması və mövcud beynəlxalq təcrübənin tətbiqi ilə mütəmadi məşğul olmalıdırlar.