AB ilə İngiltərə arasında tarixi razılaşma
Brexitdən sonra Avropa Birliyi ilə İngiltərə arasında ticarəti tənzimləyən razılaşma əldə edildi. Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula von der Leyen, Brüsseldə İngiltərə ilə danışıqlarla əlaqədar mətbuat konfransında bildirib ki, müzakirələrin çox çətin keçib: "Nəhayət bir razılığa gəldik. Uzun və dolaşıq bir yol idi, amma yaxşı bir razılıqma etdik. Bu, ədalətli və balanslı bir razılaşmadır".
Müqavilənin həm AB-nin, həm də İngiltərənin mənafeyini əks etdirdiyi qeyd edən Von der Leyen, "Nəhayət Brexit'i geridə qoyub yolumuza davam edə biləcəyik", söyləyib.
AB və İngiltərə qarşılıqlı olaraq nümayəndə heyətlərinə əvvəlcədən təyin olunmuş son tarixə baxmayaraq danışıqları davam etdirməyi tapşırmışdı.
Bu mərhələdən sonra müqavilə İngiltərə parlamenti, üzv dövlətlər və Avropa Parlamenti (AP) tərəfindən təsdiqlənməlidir.