Devalvasiya "söhbətləri" dollara tələbatı artırdı
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 79,8 milyon dollar satıb. Göründüyü kimi, devalvasiya ətrafında söz-söhbətlər dollara tələbatı artırıb.
“Hərracda tələb 79,8 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.
Mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb. Lakin iyulda hərraclarda valyutaya tələb bir qədər artıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.