"6 manata olan “Kleksan”ı 40 manata, 40 manata olan “Favipiravir”i isə 500 manata satırlar"- Deputatdan etiraz
“Qara bazarda 6 manata olan “Kleksan”ı 40 manata, 40 manata olan “Favipiravir”i isə 500 manata satırlar”.
“ENA” xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə deyib.
O qeyd edib ki, koronavirusla mübarizədə bu dərman vasitələrindən istifadə edilir:
“Bu qiymətlər tənzimlənməlidir. İnsanlar apteklərdə bu dərmanları tapa bilmirlər. Qara bazarda isə qiymətlər kəllə çarxadır”.