BİZNES

İqtisadiyyat naziri: "84 mindən çox yeni əmək müqaviləsi bağlanılıb"

“Bu ilin əvvəlindən Azərbaycan iqtisadiyyatının özəl və qeyri-neft sektorunda 84 mindən çox yeni əmək müqaviləsi bağlanılıb”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“2019-cu ildən bu sahədə başlanmış islahatlar nəticəsini verməkdədir. Azərbaycanın əmək bazarnda şəffaflaşma proseslərinin davam edəcəyini nəzərə alaraq, 2021-ci ildə orta aylıq əmək haqqı 727 manat məbləğində proqnozlaşdırılır. 2020-ci ildə isə orta maaşın 702 manat olması gözlənilir”, - deyə o, qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)