Bank

Devalvasiya ehtimalları dollara tələbi artırdı

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $74,3 milyon satıb.

“Hərracda tələb $74,3 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.

Mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb. Lakin iyulda hərraclarda valyutaya tələb bir qədər artıb.

Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-noyabr aylarında keçirilmiş valyuta hərraclarında fond tərəfindən $6 milyard 665,9 milyon məbləğində xarici valyuta satılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,8% artıb. 

AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)