Qaz limitdən artıq istifadə edilib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi üzrə kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 8 772 məcburi köçkün ailəsi üzrə dövlətin ayırdığı limitdən (hər bir ailə üzvünə aylıq 35 kubmetr) artıq istifadə olunmuş təbii qazın dəyərinin ödənilməməsi nəticəsində 24.11.2020-ci il tarixinə 9 560 769 manat məbləğində borc yaranıb.
Bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, hal-hazırda kompakt sayğaclar vasitəsilə təbii qazla təmin olunmuş 7 189 ailə üzrə borc 8 151 924 manat təşkil edir. Bura limit daxilində istifadə etdikləri qaz sərfinin dəyəri Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ödədiyi 6 005 ailə üzrə yaranan 5 696 937 manat məbləğində borc da daxildir. Digər borclu abunəçilərin sıralaması isə belədir: fərdi mənzillərə köçürülmüş 1 465 ailə üzrə borc 1 273 635 manat, fərdi sayğaclarla təmin olunmuş 118 ailənin kollektiv sayğac dövründə yaranmış borcu 135 210 manat.