Azərbaycanın strateji valyuta ehtiyatları 50 mlrd dolları ötüb
Profisitli xarici ticarət balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları 50 mlrd ABŞ dollarını ötüb və illik ümumi daxili məhsulu üstələməkdə davam edib
“ENA” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilib.
Məlumata görə, AMB-nin valyuta ehtiyatları ilin əvvəlindən 3,3 % artıb.