İrana hücumdan sonra neft qiymətləri sıçradı - QİYMƏT (13.06.2025)

İsrailin İrana hava zərbələri endirməsindən sonra neft qiymətləri 13 faizə qədər bahalaşıb.
ABŞ xam nefti sonuncu dəfə 11,38 faiz bahalaşaraq bir barel üçün 75,82 dollara, qlobal benchmark Brent markalı neft isə 10,28 faiz artaraq 76,48 dollar/barel olub.
Neft qiymətləri İsrailin hücum hədələrindən sonra İranın paytaxtı Tehranda eşidilən güclü partlayış xəbərlərindən sonra bahalaşıb.
İsrailin müdafiə naziri Yisrael Katz İrana hücum etdiklərini açıqlayıb.
İsrail ordusu radiosu müdafiə naziri Katzın bütün İsraildə fövqəladə vəziyyət elan etdiyini bildirib.
İlk hücumda İranın müxtəlif bölgələrində bir çox hərbi obyektin vurulduğu, hərbi hədəflərə, komandirlərə, qərargahlara və nüvə obyektlərinə hücum edildiyi bildirilib.
İsrail ordusu həmçinin İranın nüvə proqramına zərbə vurmaq üçün qabaqlayıcı, dəqiq və birləşmiş hücuma keçdiklərini açıqlayıb.