Sağlamlıq

Eyni ailədən bir neçə nəfər yoluxur, digərləri isə yoluxmur - ?

"CoronaVax vaksininin ən böyük avantajı immun sistemimizə təsir edərək antitellərin yaranmasına səbəb olmasıdır. Güvəniləndir və fəsadlar yaratmaz. Hazırda bu virusla bağlı 3-cü fazada işlər gedir".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

"Çox sayda aparılan araşdırmalar nəticəsində 95-97 faiz effektivdir. Türkiyə də bu vaksinlə bağlı araşdırmlar aparır. Bu vaksin normal temperaturda da daşına bilir. Digər vaksinlərdə isə soyuq zəncir prinsipi gözlənilməlidir", - o bildirib.

"Eyni ailədən bir neçə nəfər yoluxur, digərləri isə yoluxmur. Bu da immun sistemi ilə bağlıdır. Vaksinasiya tam başa çatana qədər maskalardan istifadə etməli olacağıq. Bədən bir dəfə vaksinasiya olduqdan sonra hansı ölkəyə getməsindən asılı olmayaraq onda immun sistemi yaranır. Vaksinlər də immun sistemi ilə bağlıdır. Bəzilərində ola bilər güclü immun yaransın, bəzilərində ola bilsin ki, yaranmasın", - o əlavə edib.

TƏBİB sədri Ramin Bayramlı bildirib ki, "Gələcəkdə immunitetin vaksinasiyadan sonra nə qədər müvaqimətli olması hələ tam məlum deyil. Bu müddətin bir il olması deyilir. Ola bilsin bu müddət daha uzun da olsun. Bəlkə də mövsumi qrip kimi ildə bir dəfə olsun. Bunu yalnız tədqiqatlar göstərəcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)