Mərkkəzi Bank dövriyyədən 200 milyon manatı yığdı - HƏRRAC
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 200 milyon manat cəlb edib.
“Dekabrın 14-də keçirilən hərracda təklif 552,8 milyon manat təşkil etsə də, Mərkəzi Bank 200 milyon manat cəlb edib. Hərrac zamanı orta ölçülmüş faiz dərəcəsi 6,01% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.