"Yelo Bank"da - YENİ TƏYİNAT
Yelo Bank-ın Audit departamentinə yeni direktor təyin olunub. Belə ki, bankın Audit Departamentinin direktoru vəzifəsi Əziz Fətəliyevə həvalə olunub.
2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakultəsini bitirən Əziz Fətəliyev, karyerasına 2007-ci ildə AccessBank-da kassir kimi başlayıb. Burada baş kassir vəzifəsinədək yüksəldikdən sonra 2014-cü ildən etibarən Daxili Audit departamentində auditor kimi karyerasını davam etdirib və baş auditor vəzifəsinə kimi yüksəlib. 2017-ci ildən karyerasını Bank Respublikada davam edən Əziz, ilk öncə Daxili Audit Departamentində şöbə müdiri, son illərdə isə həmin departamentin direktor müavini kimi çalışıb.
Daxili audit üzrə ən tanınmış beynəlxalq kvalifikasiya sayılan CIA (Certified Internal Auditor) sertifikatını 2018-ci ildə alan Əziz bəy, həm də Daxili Auditorlar İnstitutunun Azərbaycan üzrə bölməsi DAİ Azərbaycanın yenidən qurulmasının təşəbbüskarı və 2019-cu ildən bu qurumun Prezidentidir.