MALİYYƏ

Depozit hərracının nəticələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.

07.12.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 533.5 mln. manat, hərracın nəticəsində cəlb edilmiş vəsaitlərin həcmi 100 mln.manat, bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6.01% təşkil etmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)