Azərbaycan BOKT-unun aktivləri azalıb
"Maliyyə Resurs Mərkəzi" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ili 5 min manat zərərlə başa vurub.
BOKT-un maliyyə hesabatına görə bu, 2016-cı ilə nisbətən təxminən 60% azdır.
Ötən il "Maliyyə Resurs Mərkəzi"nin gəlirləri 134 min manat, xərcləri isə 138 min manat təşkil edib.
Bu il yanvarın 1-nə "Maliyyə Resurs Mərkəzi"nin aktivləri 1,029 milyon manat olub ki, bu da illik müqayisədə 12,5% azdır. Bunun 816 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə BOKT-un kredit portfeli 13,3% kiçilib.
Hesabat dövründə "Maliyyə Resurs Mərkəzi"nin öhdəlikləri 16,9% azalaraq 769 min manata düşüb, balans kapitalı isə 3,6% artaraq 260 min manata çatıb.