Vakansiyalar

PASHA Holding işçilər axtarır - VAKANSİYA

PASHA Holding Satınalma üzrə mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

• Satınalma üzrə menecerə gündəlik fəaliyyətində dəstək;
• Təchizatçılar və istehsalçılar ilə bütün əlaqələr üçün tək bir əlaqə nöqtəsi olaraq Qrupun mərkəzləşdirilmiş satınalma tələbləri ilə sıx əməkdaşlıq;
• İstehsalçılar ilə müvafiq mövzu ilə əlaqədar mütəmadi əlaqələr, eyni zamanda ehtiyac yarandığı halda müqavilə imzalandıqdan sonra idarəetmə tələblərinin həyata keçirilməsi;
• Qrup üzrə mərkəzləşdirilmiş Təsdiq olunmuş Təchizatçı Siyahısı (TTS) proseslərinin idarə olunması;
• Satınalma platformasının idarəedilməsi və cari fəaliyyətlər barədə son istifadəçilərin məlumatlandırılması;
• Maraqlı tərəflərlə sıx koordinasiyada satınalma prosesinin tənzimlənməsi və əvvəldən sona qədər idarəedilməsi. Bütün proseslərin Satınalma siyasəti və prosedurlarına uyğun həyata keçirilməsi;
• Obyektiv iş meyarlarına və müəyyən edilmiş tələblərə əsasən təchizatçıların seçilməsi;
• Qiymət, keyfiyyət və xidmət də daxil olmaqla maliyyə və əməliyyat ölçüləri ilə istehlak üçün əsaslı təhlil yolu ilə Satınalma Strategiyalarının təkmilləşdirilməsi barədə tövsiyələrin verilməsi;
• Təchizatçıların qanuni tələblərə riayət etməsini, eyni zamanda PAŞA Holdinqin qayda və etikaya riayət etmək öhdəliklərinə uyğun davranışının təmin edilməsi. PAŞA Holdinqin əsas dəyərlərinə, missiyasına uyğun təchizatçılarla əlaqələrin qurulması;
• Qrup üzrə satınalma konsolidasiya proseslərində iştirak və prosesin təkminləşdirməsi (Konsolidasiya imkanların formalaşdırılması üçün Tələbat Planı çərçivəsində);

Tələblər:

• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• CIPS sertifikatının mövcudluğu üstünlükdür;
• Azərbaycan, Rus və İngilis dillərinin biliyi (həm yazılı həm şifahi);
• MS Office (MS Excel və MS Power Point), E-Procurement və satınalma üçün ERP proqramlarının biliyi;
• Strateji satınalma prosesinin mükəmməl anlayışı;
• Təşkilat üçün qənaətin əldə edilməsi məqsədilə güclü danışıqlar bacarıqları
• Experience in supplier performance management and customer management
• Müqavilələr ilə işləmə təcrübəsi (müqavilələrin hazırlanmasından imzalanma və icraata qədər);
• Konsolidasiya edilmiş həcmlər üzrə tenderlərin keçirilməsində təcrübə (həcmlərin konsolidasiya imkanlarının müəyyən edilməsi, həcmlərin konsolidasiyası və tamamlama tarixlərinin əlaqəli tərəflərlə razılaşdırılması və həmin tenderlərin keçirilməsi);
• Məhsul və xidmətlərin, eyni zamanda tədarükçülərin təsnifat prinsiplərinin anlayışı;
• Təchizatçıların seçimi (ilkin seçim), xidmətin səmərəliliyinin təhlili, təchizatçıların inkişafı təcrübəsi.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

· CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
· Mövzu sətrində “Satınalma üzrə mütəxəssis” qeyd olunmalıdır;
· CV-lər 30 Dekabr, 2020-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

***

PASHA Holding Biznes Qrupu daxilində Analitik vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

Biznes Qrupu daxilində Analitik vəzifəsinə tələblər:

Təqdimat:

• Rəhbərlik üçün materialların hazırlanması (dövrü/növbədənkənar);
• Müşahidə komitəsi və icraedici komitə üçün materialların hazırlanması (təqdimat və müzakirə mövzuları);
• Tərəfdaş şirkətlərlə görüşlərdə iştirak və qeydlərin aparılması;

Araşdırma və Maliyyə:

• Maliyyə modelləşdirməsi, həssaslıq və ssenari təhlili daxil olmaqla maliyyə təhlili;
• Performans yeniləmələri, tədqiqat sənədləri və təqdimatların təhlili yolu ilə anlayışların müəyyənləşdirilməsi;
• Startap ideyalarının ilkin seçim siyahısı və hər bir fikrin strateji baxımdan qiymətləndirməsi üçün dəstək;

Strategiya:

• Aktivlər və/və ya xarici startaplar ilə əlaqələrin idarə edilməsi;
• Strateji planlaşdırma və monitorinq prosesinə analitik dəstəyin göstərilməsi;
• Dövrü olaraq xüsusi istiqamət yönümlü araşdırmaların aparılması və nəticələrin xülasəsi haqqında mlumatlandırma;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Data və analitika, e-ticarət və ya innovasiya sahəsində qabiliyyət;
• Yüksək analitik, maliyyə modelləşdirmə və riyazi problemləri həll etmə bacarıqları;
• İşdə və/və ya işdənkənar fəaliyyətlərdə liderlik təcrübəsinin nümayiş etdirilməsi.;
• Analitik aşkarlamaları əlaqəli olaraq həm şifahi, həm də yazılı şəkildə təqdim etmək bacarığı;
• Komanda şəklində əməkdaşlıq mühitində işləmə bacarığı;
• Təşkilatın bütün səviyyələrində insanlarla səmərəli işləmək bacarığı.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Biznes Qrupu daxilində Analitik” qeyd olunmalıdır;
• CV-lər 30 dekabr, 2020-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department