Çin Kanadanın ticarət nümayəndələri ilə görüşdən imtina edib
Çin "Huawei" şirkətinin maliyyə direktoru Men Vançjounun saxlanılması ilə əlaqədar Kanadanın Britaniya Kolumbiyası əyalətindən olan ticarət nümayəndələri ilə görüşdən imtina edib.
“BI” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə əyalətin əmək, ticarət və texnologiyalar naziri Brüs Ralstonun bəyanatına istinadən CBC telekanalı məlumat yayıb.
Ralstonun sözlərinə görə, Asiyada meşə təsərrüfatı üzrə ticarət missiyası tərəfindən çərşənbə axşamına təyin olunmuş görüş Çin tərəfindən "Huawei" şirkətinin maliyyə direktoru Men Vançjouya qarşı davam etməkdə olan beynəlxalq məhkəmə prosesi səbəbindən ləğv edilib.
Nazir Kanada hökumətinin danışıqların vaxtının ən yaxın tarixə dəyişdirilməsi ilə bağlı razılıq əldə etməyə çalışacağına ümid bəslədiyini bildirib.
Bundan əvvəl Çin Kanadadan "Huawei"in maliyyə direktorunu dərhal buraxmağı tələb edib.