Sağlamlıq

Bu insanlar koronavirusu ağır keçirir - TƏBİB

Koronavirusla bağlı ağırlaşmalar yanaşı xəstəliyi olan şəxslərdə müşahidə edilir.

ENA.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bildirib.

N.Mustafayeva qeyd edib ki, bunlar şəkərli diabet xəstələri, ürək-damar xəstələri, xərçəng xəstələri və s.dir.

Onun sözlərinə görə yoluxanların 81 faizi xəstəliyi yüngül simptomlarla keçirirlər:

"Bəzi şəxslər müalicə protokolunda nəzərdə tutlmayan əlavə və təhlükəli dərmanlardan, venadaxili infuzilayalardan istifafə edirlər. Vətəndaşlara bildirmək istəyirik ki, yoluxma vaxtı panikaya düşməsinlər və mümkün qədər özlərini, ailə üzvlərini izolyasiya etsinlər".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)