Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır
![](https://ena.az/uploads/news/2020-11/_ena_151e26393a6fe2300b9b3a64b_o.jpg)
Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.
Bu barədə “ENA”Ya “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Məlumatda deyilir ki, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür. Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.