Nazirlik 10 manatlıq şirkətə 3 milyon manatlıq sifariş verib
![](https://ena.az/uploads/news/2020-11/_ena_356628389904d42189958cbbd_o.jpg)
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “ST Mark” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.
ENA.az xəbər verir ki, müqavilədə İdman inventarının satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 2 999 999 manatdır.
Bildirək ki, “ST Mark” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Fərxan İsmayılovdur.