Buta Construction iişçi axtarır - MAAŞ 1300 MANATDAN BAŞLAYIR
Vəzifə: Hüquqşünas və Sənəd dövriyyəsinə Nəzarət
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: - hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
Təhsil: Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olması üstünlükdür);
Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.
Vəzifə və öhdəliklər:
• Tenderlərdə iştirak, Nizamnaməyə dəyişiklik, Təsisçi qərarları haqqında biliklər;
• Elan olunmuş tenderlərdə iştirak üçün Dövlət satınalmaları haqqında qanunu bilmək, Vergilər Nazirliyindən yüklülük haqqında arayış kimi və şirkətin əməkdaşlıq etdiyi Bankdan Bank qarantiyası kimi sənədlərin alınmasını vaxtlı vaxtında təmin etmək ;
• Cəmiyyətin Nizamnaməsinə dəyişiklik zamanı, müvafiq Təsisçi qərarları kimi lazımi sənədlərin hazırlanması;
• Səhmdar cəmiyyətlər haqqında qanunvericiliyi, korporativ hüquq sahəsini, inzibati sahədə nəzəri və praktik biliklər;
• Müqavilə və sənədləşmə haqqında biliklər;
• Müəssisənin səlahiyyətlərinə aid olan məsələlərə dair müqavilələri hazırlamaq, razılaşdırılmaq, səlahiyyətləri daxilində onlara rəy verib hüquqi ekspertizasını aparmaq və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək, həmçinin bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər vermək;
• AR-nın Mülki Məcəlləsinə uyğun olaraq müqavilələr, düzəlişlər, dəyişikliklər, Əlavə Razılaşma sənədləri və hüquqi gücə malik digər sənədlərin hazırlanması, Əmr, bildiriş, şirkət tərəfindən hazır şablon müqavilə, məktub, digər hüquqi akt və sənədlərin AR Mülki Məcəllə qanunvericiliyinə və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə hazırlanmasına dəstək, həmin sənədlərə münasibət bildirmək;
• Kargüzarlığın əsaslarını bilmək və şirkət daxili sənəd dövriyyəsinə nəzarət
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
Əmək haqqı – müsahibə əsasında 1300 AZN-dən başlayaraq
Maraqlanan namizədlər “subject” (mövzu) hissəsində “Hüquqşünas” qeyd etməklə öz CV-lərini cv@butaconstruction.az ünvanına göndərə bilərlər.