Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında neftin qiyməti azalıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,78 ABŞ dolları və ya 1,90% azalaraq 40,34 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,67 dollar və ya 1,54% azalaraq 42,86 dollar təşkil edib.