Bezos "Amazon"un səhmlərini 10,2 milyard dollara satdı
“Amazon” şirkətinin rəhbəri Ceff Bezos bu həftə korporasiyanın səhmlərini 3,1 milyard ABŞ dollarına satıb.
“ENA” xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə Federal Komissiyasına yönəldilmiş xəbərdarlıqlara istinadən CNBC telekanalı bildirib.
Sənədlərə əsasən, Bezos “Amazon”un qiymətli kağızlarını avqustda 3,1 milyard ABŞ dollarından, fevralda isə 4,1 milyard dollardan baha məbləğdə satıb.
Bu həftəni nəzərə alaraq, dünyanın ən varlı insanı keçən il 2,8 milyard ABŞ dollarına nisbətdə cari il 10,3 milyard dollardan çox səhm satıb.
Bu ilin üçüncü rübündə “Amazon”un gəliri 96,1 milyard ABŞ dolları təşkil edib, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 37% çoxdur. Ötən il həmin rəqəm 70 milyard ABŞ dolları təşkil edib. Şirkətin gəliri 6,3 milyard ABŞ dolları təşkil edib. Şimali Amerika ərazisində satış 39%, dünyada 37% artıb.