Qarabağ

Ermənistanda Qarabağdan gedən ermənilər üçün qərargah yaradılacaq

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindən gedən ermənilərin ehtiyaclarının ödənilməsi məqsədi ilə Ermənistanda qərargah yaradılacaq.

“ENA” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mğer Qriqroyan noyabrın 2-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hökumət həmin şəxslərin sosial ehtiyaclarının ödənilməsi ilə artıq 1,5 aydır məşğul olur.

Qriqroyan bildirib ki, Qarabağdan gedən ermənilər mehmanxana və pansionatlarda yerləşdiriləcək. Qərargah onların tələbatının ödənilməsi ilə məşğul olacaq.

Qeyd edək ki, Ermənistan rəsmiləri Qarabağın işğal altında olan bölgələrində mülki erməni əhaliyə atəş açıldığı barədə məlumat yayır. Ancaq qərargahın yaradılması bunun əksini ehtimal etməyə, yəni həmin bölgələrdə mülki əhalinin olmadığını deməyə əsas verir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)